×
A
A
A
Sazlamalar

Motosiklet qəzası keçirən Çexiya prezidenti xəstəxanadan evə buraxılıb

Bakı, 24 may, AZƏRTAC
Çex Respublikasının Prezidenti Petr Pavel keçirdiyi motosiklet qəzasından sonra xəstəxanadan evə buraxılıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, o, müalicəsini ev şəraitində davam etdirəcək.
Bir müddət əvvəl Petr Pavel motosiklet sürərkən zədələnib. Xəsarətləri ciddi olmadığı üçün onun Mərkəzi Hərbi Hospitalda müayinə və müalicəsi uzun sürməyib. Dövlət başçısının administrasiyası hadisə ilə bağlı ictimaiyyətə daha ətraflı məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, bu il 63 yaşı tamam olacaq Çexiya Prezidenti avtomobil idmanı həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi xoşlayır. Çex ordusunun istefadakı generalı olan prezident, həkimlərin fikrincə, əla fiziki formadadır.

Dünya 2024-05-24 17:21:00