Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov Göyçayda torpağa tapşırılıb
Göyçay, 24 may, Rəşad Türkoğlu, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Soltanov Səbuhi Sabir oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Qeyd edək ki, Soltanov Səbuhi Sabir oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
Oğuzda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var
Bərdədə ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır
Qəbələdə göldə batdığı ehtimal edilən şəxsin axtarışları davam edir VİDEO
Naxçıvan karateçiləri “Arpaçay Open” turnirindən medallarla qayıdıblar