×
A
A
A
Sazlamalar

Şəhid Vurğun Seyidov Ağsuda dəfn olunub

Ağsu, 24 may, Rəşad Türkoğlu, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Seyidov Vurğun Əlamət oğlunun meyitinin qalıqları Ağsu rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi rayonun Kalva kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Qeyd edək ki, Vurğun Seyidov 1993-cü ilin fevral ayında Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Regionlar 2024-05-24 13:57:00