Şəhid İlqar Rəhimov Göyçayda dəfn olunub VİDEO
Göyçay, 24 may, Rəşad Türkoğlu, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəhimov İlqar Şaiq oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin nəşi rayonun Müşkürlü kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Qeyd edək ki, Rəhimov İlqar Şaiq oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
Saatlıda yük və minik maşını toqquşub, xəsarət alanlar var
Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Naxçıvan Dövlət Universitetində ixracyönlü sənayenin inkişaf yolları müzakirə olunub