Türkiyə son bir həftə ərzində 48 terrorçunu zərərsizləşdirib
Ankara, 24 may, AZƏRTAC
Türkiyədə son bir həftə ərzində həyata keçirilən əməliyyatlar zamanı 48 terrorçu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ilin əvvəlindən Türkiyə hərbçiləri tərəfindən 1048 terrorçu məhv edilib.
Antiterror əməliyyatları həm Türkiyə ərazisində, həm də Şimali İraq və Suriyanın qonşu bölgələrində aparılır.
Müdafiə Nazirliyi Türkiyə dövlət sərhədini qanunsuz keçmək cəhdlərinin qarşısının alınması statistikasını da açıqlayıb. "Təkcə son bir həftə ərzində hərbçilər tərəfindən sərhədi qanunsuz olaraq keçən 1390 şəxs saxlanılıb, onlardan on nəfərinin terror təşkilatlarına aid olduğu müəyyən olunub", - deyə nazirlikdən bildirilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Gürcüstanda prezident seçkiləri keçirilir
İşçi qıtlığı Britaniyada tikinti sektorunun inkişafına mane olur
Qazaxıstan və Rusiya Uralın ekosisteminin qorunması üçün yeni proqram hazırlayır
İsveçrə “soyuq müharibə” dövründən qalan nüvə bunkerləri şəbəkəsini yeniləməyi planlaşdırır
Alimlər xərçəngin müalicəsində inqilabi bir irəliləyişə imza atıblar - TƏDQİQAT