ABŞ-da ukraynalı pilotların ilk qrupu F-16-nı idarə etmək üçün təlim keçib
Bakı, 24 may, AZƏRTAC
Ukraynalı pilotların birinci qrupu F-16 qırıcılarının döyüş istifadəsi üzrə ABŞ-da təlim keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” qəzeti təlimin keçirildiyi Arizonadakı aviabazanın nümayəndəsinə istinadla məlumat yayıb.
Qəzet hərbçilərin sayı və təlimin başa çatma tarixini açıqlamayıb.
Nəşrin mənbələrinin məlumatına görə, pilotlar hazırda əlavə təlim keçmək üçün Avropaya yollanırlar. Ukrayna Belçika, Danimarka, Niderland və Norveçdən 60-dan çox F-16 qırıcısı almalıdır.
Tramp qısa müddətdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb
Tramp: Amerikanın qızıl dövrü başlayır
Donald Tramp ABŞ-ın yeni prezidenti qismində and içib VİDEO
Hamburq limanında bərənin qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb