Türkiyə Kubokunun sahibi məlum olub
Bakı, 24 may, AZƏRTAC
Futbol üzrə Türkiyə Kubokunun qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, həlledici oyunda "Beşiktaş" və "Trabzonspor" komandaları üz-üzə gəlib. "Atatürk" Olimpiya Stadionunda baş tutan görüş İstanbul nəhənginin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 13-cü dəqiqədə qonaqların heyətində Paul Onuaçu açıb. "Qara qartallar" Raşid Qezzalla 45+3-cü dəqiqədə penaltidən bərabərlik qoluna imza atıb. 54-cü dəqiqədə Salih Uçan İstanbul klubunu önə keçirib. Nikolas Pepe 89-cu dəqiqədə hesabı bərabərləşdirsə də, "qara qartallar"a kuboku qazandıran qələbə topunu 90+4-cü dəqiqədə Əl-Musrati vurub.
Bununla da "Beşiktaş" 11-ci dəfə Türkiyə Kubokunun sahibi olub.
Çempionlar Liqası: “Barselona” – “İnter” oyununda 6 qol vurulub
“Çempionların savaşı” şahmat turnirinin qalibi: Almaniyadakı yarışdan sonra bir az yorğunluq var idi
Mahir Məmmədov: Azərbaycan çempionları daim diqqətimizdədir
Bakıda şahmat üzrə “Çempionların savaşı” turnirinə yekun vurulub
“Sərhəd” hərbi-idman oyununun final mərhələsinin iştirakçıları müəyyənləşib