İstanbulda silahlı qarşıdurma, ölən və yaralananlar var
İstanbul, 23 may, Günel Karatepe, AZƏRTAC
İstanbulda bir kafedə iki qrup arasında silahlı qarşıdurma baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, qarşıdurma ilə bağlı İstanbul Valiliyindən açıqlama verilib.
Bildirilib ki, hadisə yerli vaxtla saat 20:10 radələrində şəhərin Üsküdar rayonunda meydana gəlib. Əraziyə polis və təcili tibbi yardım qrupları cəlb olunub.
Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan ikisinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başladılıb.
Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir
Fransada bank işçiləri etiraz edirlər
Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər
Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu