Çexiya Prezidenti motosiklet sürərkən xəsarət alıb
Bakı, 23 may, AZƏRTAC
Çexiya Prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb. O, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur. AZƏRTAC xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası X sosial hesabda məlumat yayıb.
"Onun xəsarətləri ciddi deyil, lakin buna görə Mərkəzi Hərbi Hospitalda qısamüddətli müayinə tələb olunur", - məlumatda deyilir.
Bildirilib ki, dövlət başçısının administrasiyası sonradan baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat vermək niyyətindədir.
Qeyd edək ki, bu il 63 yaşı tamam olacaq Pavel avtomobil idmanının həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi xoşlayır. Çex ordusunun istefada olan generalı olan prezident, həkimlərin fikrincə, əla fiziki formadadır.
Qədim dövrə aid mətnlər duyğuların fərqli orqanlarda hiss edildiyini ortaya çıxarıb - TƏDQİQAT
Cənubi Koreya Prezidenti Yun Sok Yolun reytinqi minimuma enib
Çin AES tikintisində Qazaxıstana dəstək verməyə hazırdır
Dünyada elektromobil satışında ardıcıl üçüncü ay rekord qeydə alınıb
Fələstin Prezidenti Mahmud Abbas İtaliyada müxtəlif görüşlər keçirib