×
A
A
A
Sazlamalar

Gəncədə Tacikistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi olub

Gəncə, 23 may, AZƏRTAC

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19–23 may tarixlərində ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən mərasimdə Tacikistan və Azərbaycan sənətçilərinin təqdim etdiyi musiqi və rəqs nömrələri böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, bu tədbir geniş kütlənin Tacikistanın zəngin mədəniyyəti ilə tanış olmasına şərait yaratmaq məqsədi daşıyır. Mədəniyyət günləri çərçivəsində təqdim olunan zəngin proqram iki ölkə arasında mədəni əməkdaşlığın dərinləşməsinə və dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.

Regionlar 2024-05-23 21:32:00