×
A
A
A
Sazlamalar

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Bakı, 23 may, AZƏRTAC

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, dayaqlı tullanma proqramında həlledici mərhələdə iştirak hüququ qazanıb.
Bu gün start götürən Dünya Kubokuna mayın 26-da yekun vurulacaq.


İdman 2024-05-23 21:26:00