Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal qazanıb
Bakı, 23 may, AZƏRTAC
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 59 kiloqram çəkidə çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada rumıniyalı Ana Maria Puiuya tam üstünlüklə (8:0) qalib gəlib.
Yığmanın digər iki üzvü - Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan ümumilikdə 8 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər.
Azərbaycan İdman Akademiyasında növbəti karyera sərgisi təşkil olunub
“Qarabağ” akademiyasının koordinatoru: “Udineze”dən sonra, “Levante” ilə əməkdaşlığa başlaya bilərik
“Qarabağ” akademiyasının futbolçuları İtaliya klubunun təlim-məşq toplanışlarında iştirak edəcəklər
Monteneqroda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
"Şeffild Yunayted" və "Sanderlend" komandaları Premyer Liqaya yüksəlmək üçün üz-üzə gələcək