×
A
A
A
Sazlamalar

“Visit Naftalan” mobil tətbiqi təqdim olunub

Naftalan, 23 may, AZƏRTAC

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə nəfis tərtibatda hazırlanmış “Visit Naftalan” mobil tətbiqinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə sağlamlıq və turizm imkanlarını özündə birləşdirən, unikal neftə sahib beynəlxalq turizm mərkəzi olan Naftalanın turizm potensialı barədə məlumat verilərək, mövcud imkanların inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, “Visit Naftalan” tətbiqinin yaradılması bu sahədə atılan addımlardan biridir. Bu tətbiqin istifadəsi turist məmnunluğu ilə yanaşı, əlçatanlığı daha da təmin edəcək.
Qeyd edək ki, internet istifadəçiləri “Visit Naftalan” mobil tətbiqini “Android” və “İOS”əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər.

Regionlar 2024-05-23 18:08:00