“Aqroservis” ASC taxıl biçininə hazırlıqla bağlı mexanizatorlarla görüşlərə başlayıb
Bakı, 23 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi “Aqroservis” ASC tərəfindən 2024-cü il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirəcək mexanizatorlarla görüşlər təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk görüş Yevlax və Şəki rayonlarında keçirilib.
Tədbirdə “Aqroservis” ASC-nin və ətraf rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin (DAİM) rəhbərləri, cəmiyyətin regional nümayəndəliklərinin və rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər və mexanizatorlar iştirak ediblər. Tədbirin təşkilində əsas məqsəd cari ildə taxıl biçinini itkisiz və mütəşəkkil həyata keçirməkdir.
Görüşlərdə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib və mexanizatorların təklifləri dinlənilib. Görüşlərin digər rayonları da əhatə etməklə biçinin başlanmasınadək davam etdirilməsi nəzərdə tutulur.
Görüşlərdən əvvəl mexanizatorlar üçün təlimlər təşkil edilib. Aprel ayının ilk həftəsindən başlayan təlimlər “Aqroservis” ASC-nin Yevlax təlim-tədris mərkəzi və Masallı DAİM-də təşkil edilib. Təlimlərdə müxtəlif markalı kombaynların idarə edilməsi ilə bağlı məlumatlar verilib.
Hər il ənənəvi olaraq təşkil edilən təlimlərin əsas məqsədi taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, mexanizatorlar tərəfindən texnikaların idarə edilməsi, kombaynlara texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlıqların aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı onların bilik və bacarıqlarının artırılmasıdır.
Şimal-qərb bölgəsi üzrə təhsil müəssisələrindəki vakant vəzifələrə 610 namizəd imtahan verib
Naxçıvanlı atlet Namiq Babayevdən ardıcıl 3-cü qızıl medal
Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB-2 VİDEO
Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər əvvəlki kimi həyata keçirilir YENİLƏNİB