Şəhid Elməddin Abbasov Sumqayıtda dəfn olunub
Sumqayıt, 23 may, Ətrabə Rzayeva, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abbasov Elməddin Şirxan oğlunun meyitinin qalıqları Sumqayıta gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
AZƏRTAC xəbər verir ki, Sumqayıtda keçirilən dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, qazilər iştirak ediblər.
Cənazə namazından sonra şəhid Elməddin Abbasov torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Əsgərlər şəhidin xatirəsinə yaylım atəşi açıblar.
Qeyd edək ki, 1975-ci ildə Cəbrayıl rayonunda anadan olan Abbasov Elməddin Şirxan oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
Naxçıvanda fərdi baytarlara yeni avadanlıq və ləvazimatlar təqdim olunub
Uşaq İncəsənət Festivalı Gəncədə - FOTOREPORTAJ
Mil-Muğan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO
Həsənriz kəndində daha 20 ailəyə mənzillərin açarları təqdim olunub – YENİLƏNİB 2 VİDEO
Naxçıvanda “Məmməd Qasımov – 100 il” adlı konfrans-sərgi keçirilib