Şəkidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində festival keçiriləcək
Şəki, 23 may, Mustafa Dadaşov, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən mayın 29-da Şəki Olimpiya İdman Kompleksində “STEAM” və peşə təmayüllü siniflər layihəsi tədris edilən məktəblərin təqdimatında yaradıcılıq festivalı keçiriləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, festivalın məqsədi məktəblilər arasında elm və texnologiyaya, həmçinin ekoloji problemlərin həllinə maraq oyatmaqdır. “Bu cür tədbirlər gənclərin praktiki bacarıqlarını inkişaf etdirmək və onları gələcək peşə həyatı üçün hazırlamaq baxımından əhəmiyyətlidir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil ediləcək festival ekoloji problemlərə diqqəti artıraraq, davamlı inkişaf və ətraf mühitin qorunması ilə bağlı həll yollarının yayılmasına kömək məqsədi daşıyır”,- deyə qurumun əməkdaşı əlavə edib.
Şəhid Elşən Tağıyevin nəşinin qalıqları Salyanda torpağa tapşırılıb
“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılır – FƏRMAN
Naxçıvanda direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib
Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb