×
A
A
A
Sazlamalar

Şimali Kiprdən olan şəhid ailəsinin üzvü: Acımız, taleyimiz, yaşadıqlarımız eynidir

Şuşa, 23 may, T.Ağaməmmədov, AZƏRTAC

Mən bu gün Qarabağdayam. Bura gəldikdə yaşadıqlarım gözümün önünə gəldi. Acımız, taleyimiz, yaşadıqlarımız eynidir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şimali Kipr Türk Respublikasından gəlmiş şəhid ailəsinin üzvü Reyhan Kişmir deyib.
“Atam şəhiddir, 1963-cü ildə - qanlı Yeni il dediyimiz ildə atam şəhid oldu. O zaman biz çox balaca idik. Özümüz altı övlad idik. Həmin illərdə həm atamı itirdim, həm də köçkünlük həyatı yaşadıq. Köçkün olduğumuz illərdə yarımtikili binalarda məskunlaşdıq. Elə olub ki, 84 nəfər balaca bir otaqda gecələməli olmuşuq, çadırlarda qalmışıq. Sonra bizdə öz müstəqilliyimizə qovuşduq”, - deyə o bildirib.
Reyhan Kişmir deyib: “Bu gün burada olmaqdan çox qürurluyam. Şuşada, Cıdır düzündə oldum, çox duyğulandım. İnşallah, Qarabağın gözəl günləri yenidən qayıdacaq”.

Regionlar 2024-05-23 15:20:00