BMT Burundiyə 2,5 milyon dollar humanitar yardım ayırıb
Bakı, 23 may, AZƏRTAC
BMT Burundidə daşqınlardan əziyyət çəkən 30 minə yaxın insana yardım üçün 2,5 milyon dollar ayırıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi məlumat yayıb.
Ofisin baş katibinin müşaviri, eyni zamanda fövqəladə yardım koordinatoru Martin Qriffits beynəlxalq təşkilat və onun tərəfdaşları tərəfindən 63 mindən çox insana gigiyena, səhiyyə və maddi yardım göstərmək üçün vəsait ayrıldığını bildirib.
İlin əvvəlindən yağan güclü yağışlar Burundi boyunca, xüsusən də ölkənin cənub-qərbindəki Tanqanyika gölünün yaxınlığında şiddətli daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Belarus avropalılar üçün vizasız giriş müddətini daha bir il uzadıb
Vladimir Putin Moskvada Nikol Paşinyanla görüşməyi planlaşdırmır
İtaliyada nəqliyyat işçiləri tətil edirlər
Papa Fransisk Korsika adasına apostol səfərinə gedir
Zelenski: Ukrayna ərazisinə 93 raket və 200-ə yaxın dronla kütləvi hava hücumu olub