Norveç rusiyalı turistlərə viza verməyəcək
Bakı, 23 may, AZƏRTAC
Norveç Ukraynada davam edən müharibə səbəbindən rus turistlərin ölkəyə girişini daha da məhdudlaşdırmaq qərarına gəlib. Rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyulacaq.
AZƏRTAC “euractiv” saytına istinadla xəbər verir ki, qərara əsasən, turizm və digər "birinci dərəcəli əhəmiyyət daşımayan" məqsədlərlə Norveçə səfər etmək istəyən Rusiya vətəndaşlarına viza verilməyəcək. Lakin qohumlarını ziyarət etmək, işləmək və ya təhsil almaq məqsədilə ölkəyə gəlmək istəyənlər üçün istisnalar edilə bilər.
Yeni qaydalar mayın 29-dan qüvvəyə minəcək. Qərar digər Şengen ölkələrindən viza alan şəxslərə də şamil olunacaq.
Xatırladaq ki, Norveç 2022-ci ilin sentyabrında Rusiya ilə sadələşdirilmiş viza rejimi barədə müqavilənin fəaliyyətini dayandırıb.
Əl-Cəzirə: İsrail son günlər “Hizbullah” hərəkatı ilə əldə olunan atəşkəsi 155 dəfə pozub
İstanbulda binada partlayış olub, bir nəfər ölüb
BMT: Köçkünlük milli-mədəni identikliyin pozulmasına səbəb olur
Üç ağac növündən biri nəsli kəsilmək təhlükəsi altındadır - TƏDQİQAT