Elektrik avadanlıqlarının çatışmazlığı Avropada yaşıl enerjiyə keçidi ləngidir
Bakı, 23 may, AZƏRTAC
Avropada elektrik şəbəkəsinin yenilənməsində ciddi problem özünü göstərir. Bu da təchizatın ləngiməsi ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Avropanın “Eurelectric” sənaye assosiasiyası bildirib. Təşkilat qeyd edir ki, təchizat problemlərinə görə elektrik şəbəkəsini əsaslı şəkildə yeniləmək mümkün olmur. Günəş batareyaları, külək enerjisi qurğuları və digər zəruri avadanlıqların çatışmazlığı yaşıl enerjiyə keçidi ləngidir.
Əsas avadanlıqlardan olan transformatorlarla bağlı sifarişlərin icrası bəzən 4 il çəkir. Son nəticədə elektrik şəbəkəsinə investisiya qoyuluşu azalır. Buna paralel olaraq hasil olunan elektrik enerjisinin də həcmi aşağı düşür.
Fransadan Çinə konyak ixracı 75 faiz azalıb
İtaliyada antik dövrə aid hamam aşkar edilib
Fransada kokain istifadəçilərinin sayı artır
Nigeriyada yanacaqdaşıyan sisternin partlaması nəticəsində 70 nəfər ölüb
Məhkəmə Cənubi Koreya Prezidentinin həbsdə saxlanılmasına qərar verib