Makron Yeni Kaledoniyaya səfər edib VİDEO
Bakı, 23 may, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron Parisdən 17 000 kilometr məsafədə yerləşən Yeni Kaledoniyaya səfər edib.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, dövlət başçısını daxili işlər naziri Jerald Darmanen, müdafiə naziri Sebastian Lekornü, dənizaşırı ərazilər naziri Mari Qevnu müşayiət edir.
Makron bildirib ki, onun əsas prioriteti asayişin bərpa olunmasıdır. Yalnız bu halda arxipelaqda fövqəladə vəziyyət rejimi aradan qaldırıla bilər.
Fransa prezidenti seçici siyahıları məsələsində geri addım atılmayacağını, artıq qəbul edilmiş qanunların dəyişdirilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Yeni Kaledoniyada son etiraz aksiyalarının əsas səbəblərindən biri kənardan gətirilən insanlara yerli kanak xalqının ziyanına olaraq səsvermə hüququnun verilməsidir.
Zelenski: Müharibənin bu il başa çatması mümkündür
Ukrayna ordusu ayda 200 min dronla təmin olunur
İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız sülh yolu ilə mümkündür
Şalva Papuaşvili: Hər bir radikal QHT-nin arxasında radikal donor dayanır