×
A
A
A
Sazlamalar

Şəkidə məskunlaşan Ağdam sakini özünə qəsd edib

Şəki, 23 may, AZƏRTAC

Şəkinin Cəfərabad kəndi yaxınlığındakı fermalardan birində özünəqəsd hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, rayonun Cəfərabad kəndi yaxınlığındakı fermada maldarlıqla məşğul olan 41 yaşlı Ağdam sakini Amil Əliyev ona məxsus ov tüfəngi ilə özünə qəsd edib.
Məlumata əsasən, Amil Əliyev uzun illərdir həmin ərazidə məskunlaşıb və fermalardan birində mal-qara saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gedərək ilkin təhqiqat aparıb, müayinələr həyata keçirilib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma başlanıb.

Regionlar 2024-05-23 00:39:00