Azərbaycan Basketbol Liqası: "Sabah" seriyada önə keçib
Bakı, 22 may, AZƏRTAC
Basketbol üzrə Azərbaycan çempionatında final seriyasının üçüncü matçı baş tutub.
AZƏRTAC xəbər verir ki, “Xəzri” və “Sabah” komandalarının üz-üzə gəldiyi qarşılaşma “Sərhədçi” İdman Mərkəzində oynanılıb. Görüş ikincilərin 75:59 hesablı qələbəsi ilə yekunlaşıb.
Mayın 24-də seriyanın dördüncü görüşü keçiriləcək.
Komandalar arasında seriyanın birinci görüşü “Xəzri”nin (95:70), ikinci oyunu isə "Sabah"ın (94:63) qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, final seriyasında üç qələbə qazanan komanda ölkə çempionu olacaq.
İtaliyalı tennisçi Yannik Sinner “Uimbldon” turnirinin qalibi olub
"Çelsi" klublararası dünya çempionatının qalibi olub
Azərbaycan basketbol millisi Dünya Seriyasının qalibi olub
“Real Madrid” üç futbolçusunu transferə çıxarmağa hazırlaşır