×
A
A
A
Sazlamalar

"Atalanta" Avropa Liqasının qalibi olub YENİLƏNİB

Bakı, 23 may, AZƏRTAC

UEFA Avropa Liqasının 2023-2024-cü illər mövsümünün qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən finalda İtaliyanın "Atalanta" və Almaniyanın "Bayer" komandaları üz-üzə gəlib.
Görüş "Atalanta"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 12-ci, 26 və 75-ci dəqiqələrdə Ademola Lukman vurub.

00:05

UEFA Avropa Liqasının "Atalanta" və "Bayer" komandaları arasındakı final qarşılaşmasının ikinci hissəsi başlayıb.

AZƏRTAC xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən matçın ilk yarısından sonra "Atalanta" 2:0 hesabı ilə üstündür.
Qolları 12-ci və 26-cı dəqiqələrdə Ademola Lukman vurub.

23:51

Bakı, 22 may, AZƏRTAC

UEFA Avropa Liqasının "Atalanta" və "Bayer" komandaları arasındakı final qarşılaşmasının ilk hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən matçın birinci yarısı "Atalanta"nın 2:0 hesablı üstünlüyü ilə bitib.
Qolları 12-ci və 26-cı dəqiqələrdə Ademola Lukman vurub.

23:32

UEFA Avropa Liqasının "Atalanta" və "Bayer" komandaları arasındakı final qarşılaşmasında ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən matçın 26-cı dəqiqəsində "Atalanta"nın hücumçusu Ademola Lukman dublunu rəsmiləşdirib. O, 12-ci dəqiqədə ilk qola imza atmışdı.
Hazırda matçda birinci hissə davam edir.
Görüşü Rumıniyadan olan FIFA referisi İştvan Kovaç idarə edir.

23:20

UEFA Avropa Liqasının "Atalanta" və "Bayer" komandaları arasındakı final qarşılaşmasında hesab açılıb.
AZƏRTAC xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən matçın 12-ci dəqiqəsində "Atalanta"nın hücumçusu Ademola Lookman hesabı açıb.
Hazırda matçda birinci hissə davam edir.
Görüşü Rumıniyadan olan FIFA referisi İştvan Kovaç idarə edir.

23:00

UEFA Avropa Liqasının "Atalanta" və "Bayer" komandaları arasındakı final qarşılaşmasına start verilib.
AZƏRTAC xəbər verir ki, İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən matç Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Görüşü Rumıniyadan olan FIFA referisi İştvan Kovaç idarə edir.

İdman 2024-05-23 01:00:00