Britaniyanın müdafiə naziri: Çin Ukraynada istifadə üçün Rusiyaya öldürücü silah yardımı edir
London, 22 may, AZƏRTAC
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Çinin Ukraynaya qarşı müharibədə istifadə üçün Rusiyaya öldürücü silah yardımı etməyə başladığını deyib.
AZƏRTAC “Reuters”ə istinadən xəbər verir ki, Qrant Şapps Londonda keçirilən mətbuat konfransında ABŞ və Britaniya müdafiə kəşfiyyatının bu barədə məlumatlı olduğunu deyib: “Bu gün mən açıqlaya bilərəm ki, bizdə Rusiya və Çinin Ukraynada istifadə üçün döyüş texnikası üzərində əməkdaşlıq etdiyinə dair sübutlar var”.
Nazir hər hansı bir dəlil təqdim etməsə də, Ukrayna müharibəsi başlayandan indiyədək Rusiya və Çin arasında ticarətdə 64 faizlik artım olduğunu deyib. Qrant Şapps Rusiya-Çin əlaqələrinin dərinləşməsini demokratiya üçün birbaşa təhlükə adlandırıb.
Çinin ABŞ-dakı səfirliyi ötən ay verdiyi açıqlamada isə Çinin heç bir silah təchiz etmədiyini bildirib və əlavə edib ki, ölkəsi Ukrayna münaqişəsində nə istehsalçı, nə də tərəfdir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb
İsveçin Uppsala şəhərində yüzdən çox avtomobil toqquşub
İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub
Olaf Şolts: Demokratiyamıza və seçkilərimizə hər hansı müdaxiləni qəbul etməyəcəyik