Avstraliyada quş qripinə ilk yoluxma halı qeydə alınıb
Bakı, 22 may, AZƏRTAC
Avstraliyanın Viktoriya əyalətinin səhiyyə orqanı ölkədə quş qripinə ilk yoluxma halının qeydə alınması ilə bağlı ictimai xəbərdarlıq elan edib.
AZƏRTAC xəbər verir ki, Viktoriya Səhiyyə Departamentinin məlumatına görə, quş qripi (H5N1virusu) mart ayında xaricdən qayıdan bir uşaqda aşkarlanıb. Xəstəlik ağır gedişatlı olsa da, uşaq hazırda tam sağalıb.
Həmçinin qeyd edilib ki, xəstəliyin insanlar arasında asanlıqla yayılmadığı nəzərə alınarsa, əlavə yoluxma hallarının baş verməsi ehtimalı çox aşağıdır. Əyalətdə virusun ötürülməsinə dair hələlik heç bir dəlil yoxdur.
Ştatın kənd təsərrüfatı idarəsi quş qripi virusunun Melburndan 80 kilometr qərbdə yerləşən Meredit kəndi yaxınlığındakı fermada quşlar arasında aşkar edildiyini bildirib.
Almaniyada qanunsuz miqrasiyaya qarşı genişmiqyaslı əməliyyat nəticəsində üç nəfər saxlanılıb
Hava hücumundan müdafiə qüvvələri Moskvaya dron hücumunu dəf edib
Özbəkistanla Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq qurulub
Rubio: USAID proqramları səfirliklərin missiyasına xələl gətirirdi