Tunis prezidenti İrana ilk dəfə səfər edib
Bakı, 21 may, AZƏRTAC
Tunis Prezidenti Kays Sayid Tehrana tarixi səfər edib. Bu, Tunis liderinin İrana ilk səfəridir.
AZƏRTAC “Tehran Times” saytına istinadla xəbər verir ki, Kays Sayid helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətlə vida mərasimində iştirak edəcək.
Qeyd edək ki, Prezident Sayid iranlı həmkarı ilə çoxsaylı sammitlər çərçivəsində görüşüb, İran və Tunis arasında əməkdaşlığı genişləndirmək və əlaqələri gücləndirmək barədə razılıq əldə olunub.
Müşahidələr dövründə qeydə alınan ən isti yanvar ayı iqlimşünasları narahat edib
Türkiyə Prezidenti 2023-cü il zəlzələlərinin ikinci ildönümü ilə bağlı paylaşım edib
Pakistanda terror aktı nəticəsində üç polis ölüb, beşi yaralanıb
Qırğızıstan və Çin arasında 700 milyon dollar dəyərində 19 müqavilə imzalanıb