Tehranda İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi keçirilir VİDEO
Bakı, 22 may, AZƏRTAC
Mayın 19-da helikopter qəzasında həlak olmuş İran Prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Tehranda vida mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, Tehrandakı rəsmi vidalaşma mərasimindən sonra mərhum prezidentin cənazəsi Məşhədə göndəriləcək.
Xatırladaq ki, İbrahim Rəisi sabah doğulduğu Məşhəd şəhərindəki İmam Rza mavzoleyində dəfn olunacaq.
Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq
Sabah Afrika İttifaqının dövlət və hökumət başçılarının sammiti işə başlayacaq
61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb
Qazaxıstan və Çin nəqliyyat-logistika sahəsində əməkdaşlığı genişləndirirlər