Ordu generalı To Lam Vyetnamın yeni prezidenti seçilib
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Vyetnam Milli Assambleyası (parlament) ictimai təhlükəsizlik naziri, ordu generalı To Lamı ölkənin yeni prezidenti seçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Assambleyanın ofisinin rəhbəri Bui Van Kuonq məlumat verib.
Lamın Vyetnam prezidenti seçilməsi ilə bağlı qətnaməni iclasda iştirak edən 473 parlament üzvündən 472-si dəstəkləyib. Öz növbəsində, yeni seçilmiş prezident bütün strateji dövlət vəzifələrinin və hədəflərinin yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini bəyan edib.
Oturaq həyat tərzi ürək sağlamlığına mənfi təsir edir - ARAŞDIRMA
Yetkin insan idmanla daha çox məşğul olarsa, 5 il daha çox yaşaya bilər - TƏDQİQAT
Almaniya 2024-cü ildə ümumi daxili məhsulunun 2,12 faizini müdafiə məsələlərinə ayırıb
Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunub
Avropada işçilərin təxminən 40 faizi “yüksək psixi sağlamlıq riski” altındadır - ARAŞDIRMA