Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir
Ankara, 20 may, AZƏRTAC
Azərbaycan Ermənistanla uzunmüddətli sülhə sadiqliyini dəfələrlə nümayiş etdirib. İrəvandan da oxşar mövqe gözləyirik.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair brifinqdə bildirib.
Türkiyə lideri əmin edib ki, Ankara Bakı ilə İrəvan arasında uzunmüddətli sülhün nail olunmasına maksimum töhfə verməyə davam edəcək.
“Türkiyə Azərbaycanın mövqeyini dəstəkləyib və dəstəkləyir”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Eyni zamanda, siyasətçi Ermənistan tərəfindən işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılması barədə razılaşmadan məmnunluğunu ifadə edib.
Türkiyə dövlətinin başçısı Azərbaycanla əlaqələrin səviyyəsini yüksək qiymətləndirib və buna misal olaraq Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin tikintisi layihəsini qeyd edib. “Kahramanmaraşda tikilən evlər ölkələrimiz arasındakı qırılmaz qardaşlıq bağlarının növbəti simvoludur”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Ruben Vardanyanın məhkəməsində mina partlayışı zamanı xəsarət almış şəxslər ifadə verirlər
Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşüb