×
A
A
A
Sazlamalar

Mehmet Yüce: Türk dünyasının çox böyük və önəmli iqtisadi potensialı var

Bakı, 20 may, AZƏRTAC

Türk dünyasının çox böyük və olduqca önəmli iqtisadi potensialı var.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisadi Universitetinin Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı Mehmet Yüce mayın 20-də Bakıda keçirilən “Azərbaycan-Türkiyə münasibətləri Türk Dövlətləri Təşkilatı çərçivəsində” adlı tədbirdə söyləyib.
“Ümumiyyətlə, Türkiyə və Macarıstanın emal sənayesi, Qırğızıstan və Özbəkistanın insan resursları potensialı, Qazaxıstan, Azərbaycan və Türkmənistanın enerji resursları bir-biri ilə təmasdadır. Postsovet məkanında enerji ehtiyatlarına malik olan türk dövlətlərinin istehsal sənayesi güclü aktorların ehtiyac duyduğu məhsulları dünya bazarına təqdim edir”, - deyə Mehmet Yüce vurğulayıb.

Siyasət 2024-05-20 17:09:00