×
A
A
A
Sazlamalar

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 114-cü maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
2. Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq, “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına ötürülsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. normativ hüquqi aktların “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanununa və bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. həmin Qanundan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqlarının Məhkəmə-Hüquq Şurasına ötürülməsi tam başa çatanadək həmin informasiya sisteminin sahibi və operatoru funksiyalarının icrasından irəli gələn hüquq və vəzifələrin həyata keçirilməsini davam etdirsin.
5. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin:
5.1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1115-VIQD nömrəli Qanunu və bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, Məhkəmə-Hüquq Şurası Aparatının strukturunun təkmilləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
5.2. həmin Qanundan və bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün tədbirlər görsün.
6. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 1 dekabr tarixli 30 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 744 (Cild I) 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. 7.1-ci və 7.9-cu bəndlərdə “hissəsində” sözü “hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;
6.2. 7.5-ci bənddən “ikinci hissəsinin ikinci cümləsində (yalnız birinci instansiya məhkəmələrində həmin maddədə qeyd edilən sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılması üzrə),” və “, 97-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində (yalnız birinci instansiya məhkəmələrinə münasibətdə) və ikinci hissəsində, 107-ci maddəsinin ikinci hissəsində” sözləri çıxarılsın;
6.3. 7.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“7.6. həmin Qanunun 64-cü maddəsinin ikinci hissəsində, 80-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 86-cı maddəsinin birinci hissəsində və 88-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;”.
7. Bu Fərmanın 1-ci və 6-cı hissələri 2024-cü il iyunun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2024-cü il

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyaya qoşulmaq barəsində”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin SİYAHISI

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların SİYAHISI

“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərmanlar 2024-05-20 17:03:00