Azərbaycanın müdafiə naziri İrana başsağlığı verib
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə başsağlığı ünvanlayıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Başsağlığında deyilir: “Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.
Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”.
Azərbaycanla Özbəkistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa dair Yol xəritəsi imzalanıb
Azərbaycan silahları “IDEX-2025” sərgisində nümayiş olunur
Şəhid hərbi pilot Əbu Bəkr İsmayılovun xatirəsi yad edilib