Sumqayıtda 51 yaşlı qadını döyüb ona qarşı quldurluq edən şəxs saxlanılıb
Bakı, 20 may, AZƏRTAC
Mayın 15-də saat 14 radələrində Sumqayıt şəhərinin ərazisində naməlum şəxs şəhər sakini olan 51 yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisədən sonra zərərçəkən şəhər polis idarəsinin 4-cü polis bölməsinə müraciət edib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü İlqar Şirinov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Sabiq diplomat BAMF-ın beynəlxalq məsələlər üzrə məsləhətçisi seçilib
Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə COP29-un nəticələri müzakirə edilib
Ədliyyə naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib