Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəza enişi etməsi ilə bağlı paylaşım edib
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin olduğu helikopterin İranda qəza enişi etməsi ilə bağlı X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”.
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib
Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNİB VİDEO