Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub
Bakı, 18 may, AZƏRTAC
Mayın 15-dən 18-dək Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində Mədəniyyət Nazirliyinin tabeliyində olan Bakı şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri üçün keçirilmiş KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, dörd günlük treninqdə Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından ümumilikdə 16 nəfər mütəxəssis iştirak edib.
Milli Kitabxananın direktoru Kərim Tahirov KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin perspektivləri haqqında danışıb, treninqə qatılmış mütəxəssislərə işə başlamağı tövsiyə edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, treninq çərçivəsində müdavimlərə proqramın quruluşu, modulları, ayrı-ayrı bölmələri, ümumiyyətlə, bütün iş funksiyaları tədris olunub.
Sonda müdavimlərə sertifikatlar təqdim edilib.
Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimatı olub
“İnanıram” tamaşası yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində
Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub
Milli Kitabxanada professor Kamandar Şəriflinin 85 illiyi münasibətilə kitab sərgisi açılıb