Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar
Bakı, 18 may, AZƏRTAC
Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialına yekun vurulub.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, millimiz yarışı 5 medalla başa vurub.
Komandanın heyətində Maqsud Xasmetov (60 kiloqram) turnirin qalibi adını qazanıb. O, finalda Dilşod Abdumurodova (Özbəkistan) qalib gəlməklə Xabarovskda Azərbaycan Himnini səsləndirib.
Xasmetovdan fərqli olaraq, Ruslan Rüstəmov (63,5 kiloqram) finalda məğlub olub. Həlledici görüşdə Sandan Sandarov (Rusiya) qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
Beləliklə, millimiz Memorialı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.
Azərbaycanlı referi Qalib Əbiyev isə yarışın ən yaxşı 5 hakimi sırasında yer alıb.
Qeyd edək ki, daha öncə Ümid Rüstəmov (57 kiloqram), İlqar Salahov (67 kiloqram) və Mirşərif Kazımzadə (75 kiloqram) 3-cü yeri tutublar.
Azərbaycan klubu amerikalı basketbolçu ilə müqavilə imzalayıb
“Neftçi” basketbol klubunun yeni baş məşqçisi: Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm
Arif Əsədov: “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Neftçi” ruhdan düşdü