×
A
A
A
Sazlamalar

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Bakı, 18 may, AZƏRTAC

Mayın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatı start götürəcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 23-dək davam edəcək yarışın püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, Azərbaycan cüdoçularının da ilk rəqibləri müəyyənləşib.

Qadınlar
48 kiloqram
Leyla Əliyeva - Kristina Dudina (Fərdi Neytral İdmançılar)

57 kiloqram
Acelya Toprak - Bayit Kussakbayeva (Qazaxıstan)

Kişilər
60 kiloqram
Balabəy Ağayev - Muhammadsoleh Quvatov (Tacikistan) / Miçel Auqsto (Braziliya) görüşünün qalibi ilə
Turan Bayramov - Ariunbold Enxtayvan (Monqolustan)

66 kiloqram
Yaşar Nəcəfov - Vilcar Lipard (Estoniya) / Baul An (Cənubi Koreya) görüşünün qalibi ilə
Kamran Süleymanov - Mohamed Abdelmavqoud (Misir)

73 kiloqram
Hidayət Heydərov - Akil Qyakova (Kosovo) / Faye Ncye (Qambiya) görüşünün qalibi ilə

81 kiloqram
Zelim Tçkayev - Antonio Esposito (İtaliya)

90 kiloqram
Elcan Hacıyev - Eduard Trippel (Almaniya)
Vüqar Talıbov - Con Cayne (Amerika Birləşmiş Ştatları)

100 kiloqram
Zelim Kotsoyev - Piotr Kukzera (Polşa) / Yonghon Von (Cənubi Koreya) qarşılaşmasının qalibi ilə

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparacaq. Milli komanda turnirdə qadınlar və kişilər arasında 8 çəki dərəcəsi üzrə ümumilikdə 11 cüdoçu ilə təmsil olunacaq.

 

 

İdman 2024-05-18 16:22:00