×
A
A
A
Sazlamalar

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Cənub Regional Mərkəzində Masallı, Cəlilabad, Lənkəran və digər rayonlardan olan vətəndaşlarla görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl Səbinə Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Masallı şəhərində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Sonra müvəkkil Cənub Regional Mərkəzinin əhatə etdiyi rayonlardan müraciət etmiş vətəndaşlarla fərdi qaydada görüşüb. Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, onların bəzi müraciətləri yerində təmin olunub. Müraciətlərdə qeyd edilmiş problemlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət olunacağı qeyd edilib.
Həmçinin vətəndaşların müraciətlərinə daha səmərəli və çevik şəkildə baxılması məqsədilə Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı mərkəzi və digər müraciət vasitələri barədə məlumat verilib.

Cəmiyyət 2024-05-18 15:28:00