Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb
Bakı, 18 may, AZƏRTAC
Pakistanın şərqindəki Pəncab əyalətində mikroavtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, yerli polis orqanlarının məlumatına görə, həlak olanlar arasında qadınlar və uşaqlar da var. Avtobus sürücüsünün sürət həddini aşması səbəbindən idarəetməni itirdiyi bildirilir.
Hadisə yerinə gələn xilasetmə qrupları və könüllülər yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Onlardan ikisinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
İraqda qum fırtınası səbəbindən yaralananların sayı 3700-ə çatıb
ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var
Tramp Aİ ilə ticarət razılaşmasının əldə olunacağına nikbin yanaşdığını açıqlayıb
Almaniya müharibəyə başlayandan sonra Ukraynaya 28 milyard avroluq hərbi yardım göstərib