“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində
Bakı, 18 may, AZƏRTAC
Mayın 26-da Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan “Sən həmişə mənimləsən” tamaşası növbəti dəfə nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi teatr səhnələrində illər öncə tamaşaya qoyulsa da, mövzusu və qaldırdığı problem bu gün də aktualdır. Tamaşada cərəyan edən hadisələr müasir zamanla səsləşir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Sumqayıt Teatrında “Qaravəlli” tamaşasının premyerası olacaq
Gənclər Kitabxanasında 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
"Milli baş geyimi və örtükləri" layihəsinin icrasına başlanılıb
Milli Kitabxanada “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” adlı sərgi açılıb