Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb
Bakı, 18 may, AZƏRTAC
Hyustonda baş verən dağıdıcı fırtına nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.
AZƏRTAC “Barrons” saytına istinadla xəbər verir ki, ABŞ Milli Meteorologiya Xidməti “EF-1” tornadosunun ABŞ-ın dördüncü ən böyük şəhərinin mərkəzində böyük dağıntılara səbəb olduğunu bildirib.
Məlumata görə, tornado zamanı iki orta məktəb şagirdi yaralanıb. Ümumilikdə 274 məktəbi olan Hyustonda 136 təhsil müəssisəsinin elektrik enerjisi kəsilib. Bölgədə 700 mindən çox insan hələ də işıqsız qalıb.
Hyuston meri Con Vaytmire şəhər üçün yerli fəlakət bəyannaməsi imzalayıb.
Qeyd edək ki, mayın əvvəlindən bəri şiddətli fırtına və daşqınlar Hyuston bölgəsində ciddi fəsadlara, o cümlədən məktəblərin bağlanmasına səbəb olub.
Ağ ev venesuelalı immiqrantların qanunsuz olaraq deportasiya edildiyinə dair iddiaları rədd edib
Ağ ev: Biz heç vaxt sülh razılaşmasına indiki qədər yaxın olmamışıq
Qazaxıstanda ilin əvvəlindən baş verən yanğınlarda 52 nəfər həlak olub
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro yardım etməyi öhdəsinə götürüb