Ukrayna dağılmış elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayırıb
Bakı, 18 may, AZƏRTAC
Ukrayna Nazirlər Kabineti Rusiyanın hücumları nəticəsində dağılmış iki əsas istilik elektrik stansiyasının (İES) bərpası üçün 38 milyon dollardan çox vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna hökumətinin mətbuat xidməti məlumat yayıb. Həmin vəsait şərqi Xarkov vilayətində Zmiivska İES-in və Ukrayna paytaxtının kənarında yerləşən Tripilska İES-in yenidən qurulmasına yönəldiləcək.
Ukraynanın Baş naziri Denis Şmıqal İES-lərin bərpasının mümkün qədər tez aparılmalı olduğunu söyləyib.
Məlumatda bildirilir ki, M2200 meqavat gücündə olan Zmiivska İES mart ayında raket hücumu nəticəsində dağılıb. Aprel ayında isə Kiyev regionunda 1800 meqavat gücündəki əsas enerji obyekti Tripilska İES hücuma məruz qalıb.
Rusiya martın 22-dən bəri Ukraynanın enerji infrastrukturuna beş raket və dron hücumu həyata keçirib .
Gürcüstanın Dəmir Yolu Məcəlləsi Aİ qanunvericiliyinə uyğunlaşdırılır
Aleksey Çernışov: Mövcud vəziyyət dəyişərsə, ukraynalıların təxminən 70 faizi vətənə qayıda bilər
Qazaxıstan ikinci və üçüncü AES-in inşa ediləcəyi məkanı müəyyənləşdirməyə başlayıb
Yeməkləri mikrodalğalı sobada plastik qablarda niyə qızdırmaq olmaz?