Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
Şəmkir, 17 may, AZƏRTAC
Şəmkirdə bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" ilə digər minik avtomobili toqquşub.
Qəza zamanı 1955-ci il təvəllüdlü Zülfüqar Əliyev hadisə yerində ölüb. Xəsarət alanlar Şəmkir rayon sakinləri, 2001-ci il təvəllüdlü Əmrah Vəliyev, 1995-ci il təvəllüdlü Bayram Zeynalov, 1990-cı il təvəllüdlü Asif Əliyev və 1988-ci il təvəllüdlü Röyal Sadıqovdur. Yaralılar Şəmkir rayon mərkəzi xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıblar. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO
Saatlıda “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib
Naxçıvanda iyul ayının pensiya ödənişləri başa çatdırılıb
Abşeron rayonunda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olub