Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO
Bakı, 17 may, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti ərazisində sərhədçilər qarlı hava şəraitində sərhədlərimizi mühafizə edirlər.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Zəfər və qəhrəmanlıq simvolu olan Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısından bəhrələnən sərhədçilərimiz yaz fəslində hava şəraitinin kəskin dəyişməsinə baxmayaraq dövlət sərhədlərimizin çətin keçilən relyefə malik ərazilərində öz xidməti vəzifələrini şərəflə yerinə yetirirlər.
Həmin ərazilərdə xidmət aparan hərbi qulluqçular qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını uğurla yerinə yetirir, müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edirlər.
Avropa Günü münasibətilə “EuroVillage 2025” tədbiri keçirilib VİDEO
Şəhid əsgər Nail Mahmudovun xatirəsi anılıb
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Ramanada sursat aşkar edilib VİDEO
“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib