×
A
A
A
Sazlamalar

Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4 ay ərzində 13 layihə maliyyələşdirilib

Naxçıvan, 17 may, AZƏRTAC
Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu cari ilin ilk 4 ayı ərzində 13 layihə maliyyələşdirib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin layihələrin maliyyələşdirilməsinə 284 min manat vəsait sərf olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Cari ilin 4 ayı ərzində qaytarılan kreditlərin həcmi 2,3 milyon manat olub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz çoxdur.
Bu ilin 4 ayı ərzində 401,1 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artıqdır.

Regionlar 2024-05-17 14:44:00