×
A
A
A
Sazlamalar

Naxçıvanda bu ilin dörd ayında 2987 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Naxçıvan, 17 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-aprel ayları ərzində 2987 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Muxtar respublikanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin ilk 4 ayı ərzində mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 1097-si fərdi yaşayış evi, 490-ı mənzil, 1237-si torpaq sahəsi, 50-si qeyri-yaşayış binası, 98-i qeyri-yaşayış sahəsi, 12-si əmlak kompleksi, 2-si bağ evi,1-i isə çoxmərtəbəli yaşayış binasıdır.
Qeyd olunan dövrdə 2055 texniki pasport tərtib edilib.

Regionlar 2024-05-17 10:37:00