Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb VİDEO
Füzuli, 16 may, Aydın Yavərzadə, AZƏRTAC
Quliyev Novruz Mahmud oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. Doğulub boya-başa çatdığı Füzuli rayon Çimən kəndi isə onun son döyüş yeri olub.
Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən Quliyev Novruz Mahmud oğlunun nəşinin qalıqları Vətən müharibəsində qazanılan qələbədən sonra Edilli kəndində kütləvi məzarlıqda aşkarlanıb və 32 ildən sonra Füzuli rayonunda torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Novruz Quliyevin nəşi Füzuli sakinləri tərəfindən izdihamla qarşılanıb və ailəsinin yaşadığı fin tipli qəsəbəyə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb.
Daha sonra şəhidin nəşi Bala Bəhmənli kənd məzarlığına gətirilib.
Şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.
Sonra şəhid Novruz Quliyevin nəşinin qalıqları torpağa tapşırılıb.
Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub
“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunub
Astarada qəza baş verib, motosiklet sürücüsü ölüb
Naxçıvanın muxtariyyəti - tarixi zərurət, tarixi nailiyyət
“Qış nağılı” Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı keçirilib