Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 5 sürücü saxlanılıb
Saatlı, 16 may, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən rayon sakinləri A.Rzazadə, X.Bağırlı, H.Həsənzadə, S.Şükürov və X.Əkbərov saxlanılıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tibbi müayinə zamanı onların heroin və marixuana istifadə etdikləri məlum olub. Nəqliyyat vasitələrinə baxış zamanı müxtəlif çəkilərdə metamfetamin, heroin və marixuana da aşkarlanıb.
Toplanmış materiallar məhkəməyə göndərilib, araşdırmalar aparılır.
Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub
Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər
Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik