BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb
Bakı, 10 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisasında təhsil alan IV kurs tələbəsi Zübeyir Bağırzadə və 2023-cü il məzunu Nəzrin Yaqubova İsveç Xarici İşlər Nazirliyinin “SI Scholarship for Global Professionals” dövlət təqaüdünün qalibi olublar.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Nəzrin Yaqubova Avropa biznes hüququ üzrə, Zübeyir Bağırzadə isə beynəlxalq insan hüquqları üzrə İsveçin Lund Universitetində tam təqaüdlə təhsillərini davam etdirəcəklər.
Kifayət qədər rəqabətli hesab olunan “SI Scholarship for Global Professionals” təqaüdünə 50-yə yaxın dövlətdən ümumilikdə 8167 nəfər müraciət edib. Azərbaycan Respublikası üzrə təqaüdə ilk dəfə olaraq rekord həddə, ümumilikdə 36 nəfər layiq görülüb.
BP ibtidai siniflərin inklüziv tədris bacarıqlarının inkişafına dəstək olub
Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə
“Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılışı olub